Türkiyə və Amerikadan sifarişlərin çatdırılması : keyfiyyət, geniş çeşid və optimal qiymətlər.
Bu
günki günümüzdə onlayn alış-verişlər həyatımızın ayrılmaz hissəsi olubdur. Balacadan
böyüyə demək olar ki, hər kəs onlayn alış-veriş edə bilər. Üstəlik Azərbaycanın
internet mağazalarından deyil, xarici mağazalardan da sifariş mümkündür. Bu məqalədə
istədiyiniz məhsulları Türkiyədən sifariş etməyin necə rahat olması haqqında danşacağıq.
Türkiyə və Amerikadan sifarişlərin çatdırılması:
kimlərə nələri sifariş etmək sərfəlidir.
Cibimizə
qənaət etmənin yollarından biri də
aldığımız məhsulların qiymətlərinin daha aşağı olmasıdır. Bu məhsullara
geyim, aksesuar və digər əşyalar daxildir. Bəs aşağı qiymətlərlə sadaladığımız məhsulları necə əldə edə bilərik?
Absurd
görünsə də, ən sadə yolu məhsulları istehsal olunduğu ölkələrdən almaq daha sərfəlidir.
Həmin məhsullar ən çox Amerika, Türkiyə və Çindən sifariş edilir. Hər sifariş
etdiyiniz məhsullarda büdcənizə 20%-50%-ə qədər qənaət etmək imkanınız vardır. Buna görə də Türkiyədən çatdırılma öz məşhurluğu
ilə son dönəmlərdə qabaqdadır. Bunun isə əsas səbəbi aşağı vergilərin, minimal
dövlət məhdudiyyətlərinin və sahibkarlığın azad olması ilə bağlıdır. Çox sərt rəqabət
olsa da, məhsulların keyfiyyəti,
çeşidliyi Azərbaycana nisbətən əhəmiyyətli dərəcədə fərqlənir.
Təbii
ki, Türkiyədə bütün lazım olanları ala bilməyəcəksiniz. Qida və gündəlik tələbat məhsullarının əksəriyyətini
ətrafınızdan əldə edə bilərsiniz. Bununla yanaşı Türkiyədən və digər ölkələrdən silah, dron, antikvar, tütün, alkoqol sifariş
etmək qeyri-mümkündür.
Bəs həmyerlilərimiz üçün hansı məhsulların sifarişi mümkündür?
Dəb. İlk növbədə geyim haqqında söhbət gedirsə əgər
keyfiyyətinə görə dünyada fərqlənən Türkiyə brendlərindən bəhs etməliyik.
Türkiyə istehsalı olan Koton və Defacto kimi, məhsulların qiyməti istehsal
olunduğu ölkəyə nəzərən Azərbaycanda daha bahadır.
Türkiyədən
əlavə Amerikada da qiymətlər Azərbaycanda olduğundan fərqlidir. Məsələn, qadınlar
tərəfindən sevilən Zara palto modelinin
qiyməti Azərbaycanda 190.00 AZN olarkən Amerikada qiyməti $69.90-dır. Hətta
internet mağazalarından çatdırılma ilə birgə əhəmiyyətli dərəcədə məhsul üçün daha
az pul ödəmiş olacaqsınız.
Kosmetika. Qadınlar üçün ən mühüm olan vasitələrdən
biri də kosmetikadır. Daima gözəl görünmək və özünə qulluq üçün MAC, Sephora,
Lime Crime, Urban Decay, Tarte və Bobbie Brown kimi markalardan istifadə
olunur. Təbii ki, digər məhsullar kimi kosmetik məhsullar da Azərbaycanda
bahadır. Lakin Türkiyə və Amerikadan sərfəli qiymətə çatdırılma mümkündür.
İstehsal olunan ölkədə bu qiymət daha sərfəlidir. Qiymət fərqindən əlavə keyfiyyət də üst səviyyədədir.
Uşaq məhsulları. Gənc valideynlərin sifarişlərilə
bərabər uşaqları üçün də Türkiyə və Amerikanın
internet mağazalarından məhsul çatdırılması mümkündür. Azərbaycandaki
qiymətlərə nəzərən Türkiyə və Amerikada bu məhsullar daha ucuz olduğu üçün müştərilərin
seçimi onlayn mağazalar olur. Uşaq geyimlərindən əlavə uşaq oyuncaqları da var.
Bundan əlavə uşaqlar üçün digər əşyalar ,məsələn əmzik, oyuncaqlar, termometrlər,
isitmək üçün kiçik butulkalar da sifariş edə bilərsiniz . Carter`s, OshKosh,
shopDisney kimi mağazalara aid olan məhsulların Azərbaycana sifarişi mümkündür.
Qurğular. Müasir dövrümüzdə elektronika azarkeşləri
get-gedə çoxalmışdır. Məhsul sifarişləri kimi qurğuların da sifarişləri
mümkündür. Bu məhsulların qiyməti də Azərbaycanda olduğundan daha ucuzdur. Bir
qayda olaraq, dəbdə olan ağıllı saat, airpods və başka markalara aid olan qulaqcıqları da
sifariş etmək olar.
Aktiv istirahət. Yürüşlərin və turizmin həvəskarları
bilirlər ki, Azərbaycanda təchizat və təbiətlə ünsiyyətdə olmaq böyük məbləğ tələb
edir. Bundan başqa mağazaların çeşidliyi ürəkaçan deyil. Yaxşı çadır axtarışında
olarkən bəzən hipermarketə gedib, bu vəsaitləri münasib olmayan qiymətə alırıq. Lakin ən məqsədə uyğunu onu
internetdən sifariş etməkdir. Türkiyədən çatdırılma ilə internet mağazaları, aktiv istirahət üçün zəruri
olan vəsaitləri əldə etmək problemini həll edir. Backcountry, Sierratradingpost
bu kimi mağazalardan yüzlərlə turizm, aktiv istirahət və idmanla məşğul olanlar
üçün geyim və təchizatı tapmaq mümkündür.
Türkiyə və Amerikadan onlayn alış-veriş xüsusiyyətləri: çatdırılma
variantları.
Türkiyə
və Amerikadan sifariş üçün internet mağazaları tapmaq asandır, xüsusilə siz
ingilis və türk dilinə səthi malik olmaqla belə rahatlıqla bu mağazaları tapa
bilərsiniz. Geyim və ya elektronikanın demək olar ki, dünyada tanınmış keyfiyyətə
malik olması ilə tanınan internet mağazaları vardır. Etməli olduğunuz tək şey o mağazalara
daxil olmaq və istədiyiniz məhsullar üçün lazım olan xanaları doldurub sifariş
etməyinizdir.
Maraqlı sual da odur ki, bütün məhsulların Azərbaycana
çaldırılması mümkündürmü? Əlbəttə ki, Dünyada yaranan vəziyyətlə əlaqədər olaraq internet
mağazasını tapmaq asan deyil, bəzi mağazalarda Türkiyədən yaxud da digər ölkələrdən
Azərbaycana çatdırılması mümkün deyildir. Həmin mağazalarda Azərbaycan bank kartı ilə ödənişlər etmək
mümkün deyil.
Təbii
ki, bu problemi həll etmək də asandır. Bunun üçün bizim sifariş həvalə et xidmətimizdən
yararlana bilərsiniz. Saytımızda qeydiyyatdan sonra alıcı Türkiyənin istənilən
mağazasından Azərbaycana sifarişini verə bilər. Mağaza məhsulu Türkiyədə bizim anbara göndərir sonra isə biz Azərbaycandakı
anbarımıza göndəririk və siz gəlib məhsulunuzu ofisimizdən götürə bilərsiniz.
Həmçinin Azərbaycana Türkiyədən məhsulların sifarişini yüngülləşdirən
başqa xidmətlər var.
Bağlamaların yoxlanılması. Bəzi hallarda sifarişçi məhsulun
tamlığına əmin olmadıqda sifarişlərin yoxlanılması xidmətindən istifadə edə bilərlər.
Dəstək. Sifarişçi çaldırılmanın təhvil olunma
vaxtına qədər suallarını bizə verə bilər, bütün incəlikləri öyrənə bilər. Bizim
dəstəkdən Türkiyədən və Amerikadan ilk dəfə sifariş edənlər də istifadə edə bilərlər.
Vipex.az
şirkəti ingilis dili bilməyənlərə də kömək edir. Sadəcə cəlb olunmasını istədiyiniz
məhsulları kargo şirkətimizin əməkdaşlarına göndərməyiniz kifayətdir.
Çatdırılmanın
müxtəlif variantları. Siz qənaət edib növbəti aya kimi gözləyib məhsulu Azərbaycandan ala ya da bahalı məhsulu Türkiyə və ya Amerikadan
daha ucuz sifariş edə bilərsiniz.
Türkiyədən sifarişlərin çatdırılmasını təmin edən şirkətlərdə xüsusən
nəyə diqqət etmək lazımdır?
Kargo
şirkətlərinin xidmətlərindən istifadə
hal-hazırda çox populyardır. Ən yaxşısını seçmək üçün birdən çox meyarlara əsaslanmaq
lazımdır. Bu zaman alış-veriş daha əlverişli və təhlükəsiz olacaqdır.
Anbar.
ABŞ-ın (Delaver, Oreqon, Montana)
vergisiz ştatında anbar seçmək lazımdır çünkü onda məhsullara görə vergi ödəmək
lazım olmayacaq. Bu isə sizin büdcəniz üçün qənaət hesab olunur.
Xidmətlərin çeşidi. Müəyyən etməli olduğunuz əsas
şey kargo şirkətindən gözləntilərinizdir. İlkin olaraq müstəqil olaraq məhsul
sifariş etmək və onun ödənişini etməkdir. Geriyə isə yalnız vasitəçinin məhsulu
düzgün vaxtda sizə çatdırmasıdır. Əgər
sifariş etdiyiniz məhsulun daha etibarlı çatmağını istəyirsinizsə o zaman
ünvanı düzgün qeyd etməlisiz.
Rahatlıq və dəstək. Kargo şirkətlərinin əsas məsələsi isə məhsulu sifarişçiyə maneəsiz
və təhlükəsiz şəkildə çatdırılmanı təmin etməkdir. Xidmət haqqında suallarınızı
və şikayətlərinizi elektron poçt, sosial şəbəkələr və ya saytda onlayn-çat
vasitəsilə bildirə bilərsiniz.
Çatdırılma variantları. Türkiyədən məhsulu
almazdan əvvəl, siz müxtəlif şirkətlərin
qiymətlərini və alış üsullarını, çatdırılma müddətlərini öyrənməklə, müxtəlif kargo
şirkətlərinin təkliflərini müqayisə edə bilərsiniz. Bütün müqayisələrdə bizim şirkət kargo şirkəti kimi ən əlverişli
olacaqdır.
Bağlamaların sığortalanması. Vipex.az şirkəti bağlamaların
pulsuz sığortalanması xidmətini təklif edir. Əgər ölçü səhv və ya zədələnmiş gələrsə
biz sizə bağlamanın geri göndərilməsində ödənişsiz yardımçı olacağıq.
Gündəlik fikirin əksinə, Türkiyədən alış-veriş etmək elə də çətin deyil. Üstəlik Türkiyədən Azərbaycana necə sifariş etməli olduğunuzu əməkdaşlar sizə başa salacaqdır. Bu halda tam sığorta ilə göndərmənin dəyərini nəzərə alaraq, istənilənilən məhsullar tez bir zamanda, sərfəli qiymətlə sizin əlinizdə olacaqdır .