Trendyoldan Sifariş,
Türkiyədən çatdırılma
Son illərdə E-ticarət sektoru
insanlar tərəfindən daha böyük maraqla qarşılanır. Ölkədaxili onlayn sifarişlərdən
əlavə ölkəxarici sifarişlər də bir xeyli tələb görür. Ona görə ki, fiziki
mağazaya gedərək məhsul almaq əvəzinə onlayn sifariş etmək istifadəçilər üçün
daha rahatdır. E-Ticarət platformaları hər nə qədər rahat olsa da bir digər önəmli
məsələ məhsulun sürətli çatdırılmasıdır. Bu səbəblə istifadəçilər Amerika, Çin,
Almaniya kimi uzaq ölkələrin yerinə Türkiyədən sifariş etməyi daha üstün
tuturlar. Lakin sadaladığımız bu ölkələr, həmçinin Türkiyəyə məxsus E-Ticarət
platformaları ölkəxarici çatdırılmalar etmir. Bu halda çatdırılma xidmətini
karqo şirkətləri həyatə keçirir. Türkiyədən və həmçinin digər ölkələrdən məhsul
sifariş etməyin ən əsas bir şərti var. O da budur ki, seçdiyiniz karqo şirkətinin
həmin ölkədə anbarı olmalıdır. Bu halda istifadəçi məhsulu onlayn sifariş edərkən
öz ünvanını yox, karqo şirkətinin o ölkə mövcud olan anbarının ünvanını yazmalıdır. Bu halda onlayn satış
saytı sifariş edilən məhsulu karqo şirkətinin anbarına təslim edir. Karqo şirkəti
də sifariş edilən məhsulu təyin edilən ölkəyə çatdırır.
İnsanların onlayn sifariş
üçün ən çox Türkiyəni seçməsinin bəzi əsas səbəbləri var. Bunlardan ən önəmlisi
Türkiyə bizə ən yaxın ölkə olduğu üçün karqo şirkətləri məhsulu sifarişçiyə
daha tez çatdıra bilir. Həmçinin qısa məsafə olduğu üçün çatdırılma qiymətləri
də daha münasib olur. Bir digər səbəb isə manat-lirə konversiyası zamanı əlavə
xidmət haqqı və ya vergi tutulmur. Lakin başqa ölkələrdən sifariş edərkən
manat-dollar, manat-avro konversiyalarında banklar müəyyən qədər faiz tuturlar.
İstifadəçilər üçün bir digər önəmli məsələ budur ki, Türkiyədəki E-Ticarət
platformaları artıq uzun müddətdir fəaliyyət göstərirlər. Bu platformaların məşhurluğu
bizim ölkəmizə qədər gəlib çatıb. Buna görə də Türkiyədəki E-Ticarət
platformaları müştərilər tərəfindən güvənilir hesab edilir.
Türkiyədən çatdırılma dedikə
ağla gələn ilk E-Ticarət platforması Trendyoldur. Trendyol, mərkəzi ofisi
İstanbulda olan Türkiyənin ən böyük E-Ticarət platformasıdır. 2010-cu ildə
qurulan və əsas istiqaməti geyim satışı olan bu platforma hal-hazırda gün ərzində
1 milyondan daha çox satış edir. Trendyol hal-hazırda sadəcə geyim yox, mebel,
kosmetika, mebel, qida və s. kateqoriyalarda da məhsul satışını təmin edir.
Trendyol-dan sifariş və
çatdırılmanı təmin etmək üçün VIPex.Az karqo
şirkəti olaraq bir çox xidmətlər təklif edirik. Xidmətlərimizdən
istifadə etmək üçün "Qeydiyyat" linkinə keçid
edərək saytımızda qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat pəncərəsində bütün
xanaları doğru şəkildə doldurduğunuzdan əmin olun. Qeydiyyat tamamlandıqdan
sonra E-mail adresinizə gələn mail ilə hesabınızı təsdiqlədikdən sonra
rahatlıqla Trendyol-dan sifarişlər edə bilərsiniz.
Trendyol-dan sifariş etmək üçün bu addımları izləyin:
1.
VIPex.Az – saytına
daxil olun.
2.
Açılan pəncərədə göstərilən bütün xanaları dəqiqliklə
doldurun.
3.
E-mail adresinizə gələn mail-ə daxil olaraq
hesabınızı təsdiq edin.
4.
Təbriklər! Artıq karqo xidmətlərimizdən faydalana
bilərsiniz.
5.
Trendyol-dan məhsul sifariş etmək üçün əvvəlcə
Trendyol-da qeydiyyatdan keçməlisiniz.
·
"Trendyol qeydiyyat" linkinə daxil olaraq Trendyol-a keçid edin.
6.
Açılan pəncərədə
tələb olunan məlumatları yazın.
7.
Məlumatlarınızı
doldurduqdan sonra sizdən təsdiqləmə kodu tələb olunacaq.
8.
Təsdiqləmə kodunu görmək üçün E-mail qutunuza baxın.
9.
Mail-də göstərilən kodu yazdıqdan sonra Trendyol-da
qeydiyyatınız tamamlanacaq.
Bütün qeydiyyat prosesi
tamamlandığına görə artıq rahatlıqla Trendyol üzərindən sifariş verə bilərsiniz.
Sifariş verərkən ünvan məlumatlarında VIPex.Az -ın ünvanını yazmağınız yetərlidir.
Beləliklə Trendyol sifariş etdiyiniz məhsulu bizə, biz isə sizə çatdıracağıq.
Əlaqə məlumatlarımız haqqında "Əlaqə" linkinə,
tariflərimiz haqqında məlumat üçün isə "Tariflər" linkinə
daxil ola bilərsiniz.
Türkiyədən
çatdırılma zamanı məhsul nə qədər vaxta gəlir?
Türkiyədən çatdırılma həftədə 3 dəfə olmaqla həyata
keçirilir. Sifariş edilən məhsul anbarımıza daxil olduqdan sonra 2 gün ərzində
ofisimizə çatdırılır.
Trendyoldan sifariş edərkən
nələrə diqqət etmək lazımdır?
Trendyol-dan məhsul sifariş edərkən məhsulun reytinqinə,
yazılan rəylərə və sifariş sayına diqqət etmək lazımdır. Məhsulun reytinqi
istifadəçilər tərəfindən təyin olunur. Əgər məhsul pisdirsə və ya problemləri
varsa o məhsulun reytinqi zəif olur. Məhsul seçərkən hər zaman reytinqi yüksək
olanları seçmək daha yaxşıdır. Onlayn sifarişlərdə istifadəçi rəyləri də çox önəmlidir.
Trendyol-dan seçdiyiniz məhsulu sifariş edəndə yazılan rəyləri mütləq oxuyun.
Beləliklə satıcı tərəfindən qeyd olunmayan, amma müştərilərin qeyd etdiyi bəzi
önəmli məlumatları görə bilərsiniz. Həmçinin məhsul seçərkən sifariş saylarına
diqqət etmək də önəmlidir. Sifariş sayı çox olan məhsullar onu göstərir ki, o məhsul
və satıcı daha güvənilirdir.
Trendyoldan hansı məhsulları
sifariş edə bilərəm?
Trendyol tərəfindən satılan bütün məhsulları, “Qadağan olunmuş məhsullar” xaric, sifariş
və çatdırılmasını etmək mümkündür.