Qeydiyyat Daxil ol

Türkiyədən sifariş, Türkiyədən Alış-veriş saytları

Türkiyədən sifariş, Türkiyədən Alış-veriş saytları

Türkiyədən sifariş dedikdə ağıla sadəcə geyim sifarişləri gəlir. Lakin Türkiyədə E-Ticarət saytlarından bir çox məhsulu sifariş etmək mümkündür. Bunun üçün bir çox E-Ticarət platformaları mövcuddur.Sifariş edə biləcəyiniz məhsullar kateqoriyasına ev əşyaları, mebellər, elektronik cihazlar, kosmetik məhsullar, geyimlər və s. daxildir. O zaman gəlin Türkiyə-dən alış-veriş saytlarını sadalayaq.

Trendyol.com – Türkiyədən geyim məhsulları sifariş etmək dedikdə ağıllara gələn ilk platformadır. Trendyol 2010-cu ildə qurulmuş və hal-hazırda Türkiyənin ən böyük E-Ticarət platformasıdır. Əsas satış istiqaməti istifadəçiləri ən dəbli geyimlərlə təmin etmək olan bu onlayn sifariş saytı hal-hazırda geyimlər, aksesuarlar, mebellər, ev əşyaları, bəzi texnologi cihazlar və kosmetik məhsulları sifariş etmək mümkündür. Həmçinin qeyd edək ki, bu platformada ilin müxtəlif zamanlarda endirimlər və bolca kampaniyalar olur. Bu səbəbdən Trendyol-u daimi olaraq izləməyinizi tövsiyyə edirik. Sifarişi vermək sizdən, bağlamanı çatdırmaq bizdən.

Hepsiburada.com – Türkiyənin bir digər məşhur E-Ticarət saytlarından biri də Hepsiburada-dır. Bu platforma xüsusilə bütün seqmentdən məhsulları özündə birləşdirir. Lakin istifadəçilər daha çox elektronik cihazlar almaq üçün istifadə edir. 1998-ci ildə qurulan Hepsiburada platforması aylıq 100 milyondan çox istifadəçi girişinə malikdir. 2011, 2012 və 2013-cü illərdə Türkiyə-nin ən sevilən markası seçilən E-Ticarət platforması 2013-cü ildə həm də “İlin E-Ticarət platforması” olaraq seçilmişdir. Hepsiburada platforması qurulduğu vaxtdan etibarən sadəcə onlayn satış ilə məşğul olub.5000-dən çox tədarükçü ilə işləyən bu platforma minlərlə məhsul çeşidliliyinə malikdir. “Əfsanə Cümə” endirimləri günündə bu platforma 45 günlük satış həcmini sadəcə 1 gündə etmişdir və 20 milyon istifadəçi girişinə qədər çatmışdır.  VIPex.Az kargo olaraq bu platformadan da sifariş edilən bütün bağlamaları ünvanına çatdırırıq.

N11.com – 2013-cü ildə qurulan Türkiyənin E-Ticarət platformalarından biri olan N11 fiziki mağaza sahiblərini istehlakçılar ilə əlaqələndirən bir platformadır. Bu platforma vasitəsilə siz, dəyərli müştərilərimiz hər cürə irili-xırdalı məhsulları buradan sifariş edə bilərsiniz. Digər platformalarda olduğu N11 də ilin müxtəlif zamanlarında çox sərfəli endirimlər edir. Bu endirimləri izləyərək sayt üzərindən bir çox onlayn sifarişlərinizi verə bilərsiniz. 2018-dən başlayaraq ticarət həcmi 7.8 milyard TL olan bu platforma öz daxilində 100 min mağazanı birləşdirir. Bu səbəblə istifadəçilərə 15 milyondan çox məhsul təqdim edə bilir. Həmçinin bildirilən məlumatlara görə aktiv olaraq 14 milyon istifadəçiyə malikdir. Göründüyü kimi bir xeyli güvənilir və rəğbət görən bir platformadır. Nəzər yetirməyi unutmayın.

Gittigidiyor.com – 2001 tarixində qurulan bu E-Ticarət platforması hal-hazırda Türkiyədə ən rəğbət görən onlayn sifariş saytlarından biridir. Xüsusilə tədbiq etdiyi endirimlər səbəbilə sevilən platforma ən çox elektronik cihazlar almaq istəyən istifadəçilərin sevimlisinə çevrilib. İlin bütün günlərində müxtəlif endirim və kampaniyaları istifadəçilərə tətbiq edən platforma bir çox istifadəçinin arzuladığı məhsulları daha ucuza almasına imkan yaradır. Bu platformanın tarixi də köklüdür. Belə ki, qurulduğu dövrdə həm istifadəçiləri, həm satıcıları qoruyan “Ödəmə&Təsdiqləmə” adlı bir sistem ilə bu günə qədər 15 milyondan çox satış edə bilib. GittiGidiyor platformasında hal-hazırda 4000-in üzərində məhsul kateqoriyası var. Qeyd edək ki, platformanın uğurlu strategiyası səbəbilə dünyanın ən böyük E-Ticarət platformalarından biri olan eBay şirkəti GittiGidiyor-a ortaq oldu. 2011-dən etibarən GittiGidiyor tamamilə eBay şirkətinin alt brendinə çevrilib və texnologiya sevərlərin ilk nəzər yetirdikləri E-Ticarət platforması olub.

Mediamarkt.com.tr – Almaniyada qurulan və Avropanın ən böyük E-Ticarət platformalarından biri hesab edilən MediaMarkt platforması da Türkiyədə öz fəaliyyətini davam etdirir. Əsas istiqaməti texnologi cihazlar olan bu platforma 1979-cu ildə qurulub. 15 ölkədə 610-dan çox şöbəsi olan bu sayt vasitəsilə bir çox texnologi cihazı rahatlıqla və asanlıqla sifariş edə bilərsiniz. İllik dövriyəsi 1 milyard dolları keçən MediaMarkt Türkiyədə bir xeyli satış edən platformalardan biri hesab edilir. Köklü tarixi və bir çox xidməti səbəbilə bilinən bu platforma onlayn satışlarda bir çox endirim və kampaniyalar tətbiq edir. “Cyber Monday” və “Black Friday” kimi alış-veriş bayramlarında bu saytdan ciddi endirimlər qazanmaq mümkündür. Əlbəttə VIPex.Az kargo olaraq çatdırılma işini bizə gönül rahatlığı ilə əmanət edə bilərsiniz.

 

Türkiyədən alış-veriş saytları arasında texnologi cihazlar üçün ən ideal E-Ticarət platformaları hansılardır?

Türkiyədən alış-veriş saytları arasında texnologi cihazlar üçün ən ideal platformalar bunlardır:

1.       Endirimli məhsullar üçün Gittigidiyor.com

2.       Məhsul çeşidliliyi axtaranlar üçün Mediamarkt.com.tr

3.       Qiymət olaraq ən sərfəlisini axtaranlar üçün N11.com

Türkiyədən sifariş edərkən məhsul sayına limit tətbiq edilir mi?

Kommersiya məqsədi daşımayan məhsullar üçün bu limit 2 ədəddir. Əgər Türkiyədən sifariş edərkən bir məhsulu sayca 2 ədəddən daha çox sifariş etsəniz bağlamalarınız gömrük tərəfindən saxlanılacaq və araşdırılacaq. Əgər bağlamalarınızın kommersiya məqsədi daşığıdı qərarlaşdırılarsa gömrük rüsumu tətbiq ediləcək.

 

Türkiyədən sifariş edərkən hansı ödəniş kartından istifadə etməliyik?

Bunun heç bir fərqi yoxdur. İstər debit, istər taksit, istər kredit, istərsə də maaş kartları ilə Türkiyədən sifariş edə bilərsiniz. Lakin kartınızın ölkəxarici limitlərini yoxlamağı unutmayın. Banklar dələduzluğa qarşı təhlükəsizliyi təmin etmək üçün bəzi kartlarda ölkəxarici ödəmələr üçün limiti bağlayır və bu halda kartla ölkəxarici saytlardan sifariş etmək mümkün olmur. Bunu dəqiqləşdirmək üçün bankınızla əlaqə saxlamağınız doğrudur.